Paşinyan Üçtərəfli bəyanatı nəyə görə imzaladığını açıqladı – İRƏVANDA KRİTİK TOPLANTI

Şuşanın itirilməsi 10 noyabr 2020-ci il tarixli bəyanatın imzalanmasının əsas səbəblərindən biri olub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibəni araşdıran parlament komissiyasının iclasında çıxışı zamanı deyib.

 

“Niyə mən noyabrın 10-da Üçtərəfli bəyanatı imzaladım? Burada, təbii ki, Şuşanın itirilməsi dönüş nöqtəsi oldu. Burada şəhərin təkcə simvolik mənası deyil, həm də strateji əhəmiyyəti var idi. Şuşadan sonra Xankəndi hücuma məruz qalacaq, Xocavəndə təzyiqlər artacaqdı. Ən əsası isə 25 minə yaxın əsgər mühasirəyə düşə bilərdi”, - o bildirib.

 

Xatırladaq ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan iclasdan əvvəl baş nazir Nikol Paşinyanın 44 günlük müharibənin təhqiqatı üzrə komissiyanın iclasında müharibə ilə bağlı sensasion detallar açıqlayacağını anons etmişdi: “Bəzilərini gözlənilməz və maraqlı detallar gözləyir. Anladığım qədər, baş nazir hər şeyi ətraflı şəkildə təqdim edəcək”.

 

Ermənistanın baş naziri Nikol Paşinyan bu dəqiqələrdə istintaq komissiyasının dəvəti ilə parlamentin 2020-ci il sentyabrın 27-də başlanmış hərbi əməliyyatların şəraitini öyrənmək üçün keçirilən iclasına qatılıb. O, giriş nitqi ilə çıxış edir və sonra deputatların suallarını cavablandıracaq.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.