Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Entoni Blinken Londonda görüşüblər.
Türkiyə mətbuatı xəbər verir ki, onların müzakirə etdiyi məsələlər arasında Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması mövzusu da olub.
Görüşdə eləcə də Ukraynadakı vəziyyət, NATO-nun genişlənməsi və ikitərəfli əlaqələr müzakirə edilib.
Qeyd edək ki, müzakirələr Ukraynanın yenidən qurulmasına dair ikigünlük beynəlxalq konfrans çərçivəsində baş tutub.