"Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişinin imzalanması mümkündür".
Bunu Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli tviterdə yazıb.
O bildirib ki, rəsmi London Cənubi Qafqazda rifahı, sülhü və təhlükəsizliyi dəstəkləyir.
C.Kleverli həmçinin rəsmi Bakının Ukraynaya humanitar dəstəyinin artırılması qərarına görə azərbaycanlı həmkarı Ceyhun Bayramova təşəkkür edib.