Gədəbəyin Söyüdlü kəndində hava ilə bağlı heç bir çirklənmə qeydə alınmayıb - KOMİSSİYA SƏDRİ AÇIQLAMA VERDİ
YENİLƏNİB

"Gədəbəy rayonunun Söyüdlü kəndində sakinlərlə görüşdük. Bütün suallar yerində cavablandırıldı".


Bunu Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev sakinlərlə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.


Komissiya sədri deyib ki, bütün narazılıqlar və ehtimallar hamısı araşdırılacaq. Onun sözlərinə görə, artıq monitorinq işlərinə başlanılıb.


Nazir qeyd edib ki, səhiyyə nazirinin müavini tibbi, sağlamlıq nöqteyi-nəzərdən məlumat verib.


“Ekoloji cəhətdən, çirklənmə ilə bağlı da suallar var, onları da mütləq aydınlaşdıracağıq və qısa müddətdə ictimaiyyətə çatdıracağıq”, - Muxtar Babayev əlavə edib.


Komissiya sədri qeyd edib ki, bu gün Söyüdlü kəndində hava ilə bağlı aparılmış analizlərdə heç bir çirklənmə qeydə alınmayıb.


**14:24

Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan Komissiya süni gölün tikintisi aparılan ərazidə olub.


APA-nın məlumatına görə, Komissiya üzvləri zavodun ərazisindəki tullantıxanaya - gölə baxış keçiriblər.


Ərazidə monitorinq aparmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səyyar laborator maşını fəaliyyət göstərir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazidə monitorinq aparan qrupunun üzvləri Komissiyanın sədri Muxtar Babayeva məlumat veriblər ki, gölün altı membranla örtülüdür, bu isə zərərli maddələrin torpağa təmas etməsinə imkan vermir. Gölə tökülən sianid isə peroksid ilə zərərsizləşdirilir.

Qeyd olunub ki, nümunələr gölə tökülən sudan texniki su kimi istehsalatda yenidən istifadə etməyin mümkün olduğunu göstərir.


Komissiya üzvləri, həmçinin, ərazidə olan ehtiyat gölə də baxış keçiriblər.


Bunun ardınca Komissiya üzvlərinin Söyüdlü kəndinin sakinləri ilə görüşü olacaq.


Qeyd edək ki, iyunun 21-də Baş nazir Əli Əsədovun Sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan Komissiyaya ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev rəhbərlik edir. Komissiyaya səhiyyə nazirinin, fövqəladə hallar nazirinin, kənd təsərrüfatı nazirinin müavinləri, Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir.


Xatırladaq ki, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiya keçirməyə cəhd göstərib. Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında insident baş verib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.