Hikmət Hacıyev və xarici diplomatlar Laçın dəhlizində - FOTO
YENİLƏNİB

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağa səfər çərçivəsində Laçında aparılan yenidənqurma və bərpa işləri ilə tanış olublar.


Senzor.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin də iştirak etdiyi səfərə 33 ölkədən nümayəndələr - 60 diplomat və onların ailə üzvləri, eləcə də hərbi attaşelər qatılıblar.


Səfər zamanı Laçın şəhəri 1 Dekabr küçəsində inşa edilmiş ilk yaşayış məhəlləsinə baxış keçirilib.


Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhərdə ümumilikdə 700 binada bərpa işləri aparılır. Onlardan 620-si fərdi ev, 9-u çoxmənzilli yaşayış binasıdır. Bundan başqa, 71 inzibati bina yenidən qurulur.

**12:30

Laçın səfəri çərçivəsində xarici diplomatlar Ermənistanla Azərbaycan arasında Laçın sərhəd-gömrük buraxılış məntəqəsinin yerləşdiyi körpüyə gəliblər.


Onlara Ermənistanın, bir sərhədçimizin yaralanması ilə nəticələnən son təxribatları haqqında məlumat verilib.


Bildirilib ki, silahlı təxribata qədər Xankəndidə yaşayan erməni əsilli sakinlər sərhəd keçid məntəqəsindən heç bir maneə olmadan istifadə edib. Hazırda da Beynəlxalq Qırmızı Xaç təşkilatının vasitəçiliyi ilə tibbi evakuasiya təyinatlı keçidə şərait yaradılır. Başqa sözlə, bəzi dairələrin iddia etdiyi kimi yol bağlı deyil. Sadəcə, Ermənistanın son təxribatı ilə bağlı müvəqqəti istintaq tədbirləri həyata keçirilir.


Xarici diplomatların diqqətinə çatdırılıb ki, Ermənistan tərəfi sərhəd gömrük buraxılış məntəqəsindəki hazırkı vəziyyətdən propaqanda vasitəsi kimi istifadə edir. Bəzi Avropa soyasətçiləri də gəlib körpünün digər hissəsində dayanıb, həqiqəti əks etdirməyən birtərəfli məlumatlar paylaşırlar. Bu vəziyyətdən öz piar kampaniyaları üçün istifadə edirlər.

**09:46

Yenidən qurulan, abadlaşan Laçın bu dəfə əcnəbi diplomatları qonaq edir. Belə ki, Azərbaycanda akkreditə olunmuş 33 ölkədən və 10 təşkilatdan, ümumilikdə 60-a yaxın diplomat və hərbi attaşenin Laçına səfəri başlayıb.

 

Senzor.az bildirir ki, qonaqlar Laçında aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olacaqlar. 

 

O cümlədən Laçın şəhərinin 1 Dekabr küçəsində salınmış ilk yaşayış məhəlləsinə baxış keçiriləcək. Bundan əlavə, diplomatik korpus nümayəndələrinin Laçında qurulmaqda olan Aqro Sənaye Parkını ziyarəti də nəzərdə tutulub.

 

Xarici diplomatlara Həkəri çayının sahilində salınan “Laçın bulvarı” haqqında da ətraflı məlumat veriləcək.

 

Səfəri çərçivəsində diplomatik korpus nümayəndələrinin Zabux kəndində tam sürətlə davam edən tikinti-quruculuq işləri ilə də yaxından tanış olması planlaşdırılır.

 

Səfərin son dayanacağı kimi xarici diplomatlar Zəngilanın Ağalı kəndinə gedəcəklər. Onlara Ağalıda tətbiq edilən “ağıllı kənd” konsepsiyası haqqında ətraflı məlumat veriləcək.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.