"Azərbaycan əhalisi iki dəfə artdı, bizdə isə əksinə" - PAŞİNYAN
YENİLƏNİB

“1994-cü ildə atəşkəs elan olunandan sonra 20 il ərzində Azərbaycan əhalisi, demək olar ki, iki dəfə artdı, Ermənistanın əhalisi xeyli azaldı”.


Ermənistan mediasının məlumatına görə, bu barədə ölkənin baş naziri Nikol Paşinyan 44 günlük müharibənin araşdırılması üzrə komissiyanın iclasında danışıb.


O, ölkəsinin tənəzzülə uğradığını, Azərbaycanın isə inkişafa nail olduğunu etiraf edib.


“Ermənistanın əhalisi niyə artmayıb, azalıb? Niyə Azərbaycanı iqtisadi rəqabətdə də məğlub etmək mümkün olmadı? Bu, təhlükəsizliklə, hərbi büdcə ilə bağlıdır”, - deyə hökumət başçısı əlavə edib.

**11:34

Qarabağın Azərbaycandan ayrı olması iddiasından imtina etmək bəlkə də müharibənin qarşısını ala bilərdi.


Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Ermənistan ölkə parlamentində 44 günlük müharibənin şərtlərini araşdıran istintaq komissiyasının növbəti iclasında bildirib.


Onun sözlərinə görə, hərbi əməliyyatların başlamaması üçün nəzəri olaraq imkan olub.


Paşinyan qeyd erdib ki, əgər Ermənistan tərəfi danışıqlar zamanı Qarabağın Azərbaycanın tərkibində olması variantını nəzərdən keçirsəydi, 44 günlük müharibənin qarşısını almaq olardı:


“Biz deyə bilərik ki, Qarabağın Azərbaycandan ayrı olması ideyasını qəbul etmirik və əlbəttə, bu, müharibənin baş verməyəcəyinə zəmanət vermirdi, lakin bunun üçün nəzəri imkan yaratmış olardı”, - Ermənistanın hökumət başçısı bildirib.


“Danışıqlar prosesində bir neçə fikir ayrılığı var idi ki, onlar bu və ya digər şəkildə hərbi əməliyyatların bərpası üçün səbəb ola bilərdi. Bu, Laçın dəhlizinin fəaliyyəti, Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası, məcburi köçkünlərin geri qaytarılması məsələləridir”, - Baş nazir əlavə edib.(APA)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.