ABŞ-da Azərbaycan-Ermənistan danışıqları: Dövlət katibi nazirlərlə görüşünün bəzi detallarını açıqladı - MÜZAKİRƏLƏR AVROPADA DAVAM ETDİRİLƏCƏK
YENİLƏNİB, FOTO


ABŞ Dövlət katibi Antoni Blinkenin Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ilə ayrı-ayrılıqda görüşləri başa çatıb.

 

ABŞ Dövlət Departamentinin Corc Şultz adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində baş tutan görüşlərdən sonra A.Blinken jurnalistlərə açıqlama verib.

 

Dövlət katibi hər iki ölkəyə sülh danışıqlarında göstərdiyi səylərə görə təşəkkür edib: “Ermənistan və Azərbaycan arasında davamlı sülh sazişinin əldə edilməsi, eləcə də ölkələr arasında münasibətlərin inkişafına kömək edə biləcək bir sıra digər mühüm məsələlərin həlli istiqamətində davam etdirilən vacib və gərgin işə görə tərəflərə minnətdarlığımı bildirirəm”.

 

“Bir az sonra yayımlanacaq bir bəyanatda bildirildiyi kimi, bölgədə sülhün əldə olunması istiqamətində daha da irəliləyirik. Bu ortaq məqsədə uyğun olaraq bəzi əlavə maddələrin razılaşmaya daxil edilməsi, eləcə də digər həll edilməmiş məsələlər üzrə mövqelərin dərinləşdirilməsi istiqamətində danışıqlar davam edir.

 

Yekun razılığa gəlmək üçün danışıqlar davam edəcək. Qarşıdakı həftələr və aylar ərzində ümumi və yekun razılığa gəlinməsi nəzərdə tutulub”, - deyə A.Blinken bildirib.

 

Dövlət katibi yeni görüşün anonsunu da verib: “Avropa İttifaqındakı həmkarlarımızın ev sahibliyi ilə bir neçə həftə sonra növbəti görüşün keçirilməsi gözlənilir”.

 

**22:33


ABŞ Dövlət Katibi Antoni Blinkenin Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ilə ayrı-ayrılıqda görüşləri başlayıb.

 

Senzor.az bildirir ki, görüşlər ABŞ Dövlət Departamentinin Corc Şults adına Xarici İşlər üzrə Milli Təlim Mərkəzində keçirilir.

 

Dövlət katibi üçtərəfli görüşdən öncə açıqlama verəcək.

 

**10:58

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ABŞ-dakı danışıqları başa çatır.


 

Senzor.az ABŞ Dövlət Departamentinə istinadən xəbər bildirir ki, danışıqların sonuncu günündə ABŞ dövlət katibi Entoni Blinken də iştirak edəcək.

 

Qeyd edək ki, müzakirələr Corc Şults adına Milli Xarici İşlər Təlim Mərkəzində keçirilir.

 

**22:27(28.06.2023)

ABŞ-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqların ikinci gününə nəzərdə tutulan ikitərəfli görüş başlayıb.

 

Senzor.az xatırladır ki, dünənki görüşdə nazirlər fasilələrlə 4-5 saat ikitərəfli müzakirələr aparıblar.

 

Qeyd edək ki, bu gün ABŞ Dövlət katibi Entoni Blinkenin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi nəzərdə tutulmur.

 

E.Blinken iyunun 27-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ikitərəfli qapalı görüşlər keçirib.

 

Blinken və Bayramov Azərbaycan-Ermənistan sülh prosesini, Azərbaycanla Ermənistan arasında Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqların perspektivlərini, hazırki regional vəziyyəti müzakirə ediblər.

 

**10:52


Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ABŞ-da keçirilən danışıqlar bu gün ikitərəfli formatda davam etdiriləcək.

 

Senzor.az bildirir ki, bu gün ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə üçtərəfli görüşlər gözlənilmir.

 

Qeyd edək ki, iyunun 27-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ikitərəfli görüş keçirilib. Nazirlər fasilələrlə 4-5 saat davam edən ikitərəfli danışıqlar aparıblar.


Danışıqlar iyunun 29-dək davam edəcək. Əsas mövzu sülh müqaviləsidir.

 

**20:00(27.06.2023)

 


Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ikitərəfli görüş başlayıb.

 

Senzor.az bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) “Tvitter”də məlumat yayıb.

 

Qeyd edək ki, görüş ABŞ-ın Arlinqton şəhərində keçirilir.

 

ABŞ dövlət katibi Entoni Blinken bu gün hər iki ölkənin xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib, daha sonra danışıqlar üçtərəfli formatda davam etdirilib.

**18:39


ABŞ-ın dövlət katibi Antoni Blinken, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş başlayıb.


Senzor.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə məlumat yayıb.


Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan arasında danışıqların növbəti raundu Virciniya ştatının Arlinqton şəhərində Corc Şults adına Xarici Əlaqələr üzrə Milli Tədris Mərkəzində keçirilir.


Qeyd edək ki, A.Blinken bu gün hər iki ölkənin xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib.



**18:11

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-a işgüzar səfəri çərçivəsində dövlət katibi Entoni Blinkenlə görüşüb.


Senzor.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “Twitter“də məlumat yayıb.


Bildirilib ki, görüş ABŞ Dövlət katibi Entoni Blinkenin təşkilatçılığı ilə Arlinqtonda, Corc P. Shultz Milli Xarici Əlaqələr Tədris Mərkəzində baş tutub.


Görüşlə bağlı Azərbaycan XİN-in yaydığı növbəti məlumatda isə bildirilib ki, tərəflər Azərbaycan-Ermənistan sülh prosesini, Azərbaycanla Ermənistan arasında Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqların perspektivlərini, hazırkı regional vəziyyəti müzakirə ediblər.

 

Ceyhun Bayramov görüş zamanı, saziş layihəsində əhatə olunmuş məsələlər üzrə Azərbaycanın mövqeyi və yanaşmalarını diqqətə çatdırıb, Antoni Blinkeni   Ermənistan tərəfinin sülh prosesinə mane olma cəhdləri, bir sıra təhrikçi addımları barədə məlumatlandırıb.

 

Sülh prosesinin uğurla nəticələnməsi üçün bu addımlardan çəkinməyin, Azərbaycan ərazilərindən hələ də tam olaraq çıxarılmayan erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasının, ərazi bütövlüyü və suverenliyə həm sözdə, həm də əməldə riayət edilməsinin vacib olduğu bildirilib.


Azərbaycan XİN başçısı ilə ikitərəfli görüşdən sonra Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın iştirakı ilə üçtərəfli görüşün keçirilməsi planlaşdırılıb.


Xatırladaq ki, bundan öncə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla Entoni Blinken arasında görüş baş tutub.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.