"Vaqner"in silahlı qiyamından sonra Rusiyanın müdafiə naziri Sergey Şoyqunun ətrafına qarşı yoxlamalar aparılır.
Bu barədə "Blumberq" mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin mənbəsi Rusiyadakı hazırkı vəziyyəti hakimiyyət boşluğu adlandırıb: "Putinə yaxın kadrların mövqeyi xeyli sarsılıb, lakin yaxın gələcəkdə yüksək profilli istefalar olmayacaq. Eyni zamanda, Rusiya elitasında vəziyyətə Putinin nəzarət etməsinə şübhələr artıb".