İşğaldan azad olunmuş ərazilərdə işləyənlərə bu aydan 600 manat birdəfəlik müavinət verilə bilər... - VİDEO

"Bu aydan etibarən işğaldan azad olunmuş ərazilərdə işləyənlərə 600 manat birdəfəlik müavinətlərin verilməsinə başlana bilər".

 

Bunu "Xəzər Xəbər"ə açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

 

Millət vəkili bildirib ki, Əmək Məcəlləsinə edilən dəyişikliklərdən sonra Nazirlər Kabineti tərəfindən yeni qərar qəbul edilib. Yeni dəyişikliklər ilə işğaldan azad olunan ərazilərdə - Qarabağ və Şərqi Zəngəzurda məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı mexanizmlərin və eləcə də güzəştlərin tətbiqi nəzərdə tutulur.

 

Bu güzəştlərlə yanaşı, işğaldan azad edilən ərazilərimizdə fəaliyyət göstərən, qeyri-dövlət sektoru üzrə neft-qaz sahələrinə aid olmayan işəgötürənlər tərəfindən işçilər üçün ödənilən sosial sığorta haqları 2026-cı ilədək tam olaraq dövlət tərəfindən subsidiyalaşdırılacaq.

 

Millət vəkili onu da əlavə edib ki, işğaldan azad olunmuş ərazilərdə əmək müqaviləsi ilə işləyən şəxslər hər il 5 gün əlavə məzuniyyət götürmək hüququna malik olacaqlar.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.