Moskvaya yenə PUA hücumu olub
VİDEO

Ukrayna Silahlı Qüvvələri iyulun 4-də, səhər saatlarında Rusiya paytaxtına bir neçə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Xidməti məlumat yayıb.

 

Məlumata görə, bütün dronlar təyyarə tipli olub və səhər saatlarından Moskvaya doğru hərəkət edib.

 

“Hava Hücumundan Müdafiə və Radioelektron Mübarizə Qüvvələri Yeni Moskvanın üç kəndində dörd PUA-nın hücumunu dəf edib. Onlardan biri yardımçı tikilinin üzərinə düşüb və onu yandırıb. Zərərçəkən yoxdur”, - deyə qurumdan bildirilib.

Moskvanın meri Sergey Sobyanin isə deyib ki, hücum Vnukovo hava limanı yaxınlığında yerləşən hərbi hissəyə və aviabazaya edilib.

 

Hücumla əlaqədar hava limanının fəaliyyətində tətbiq olunan məhdudiyyət aradan qaldırılıb. Aeroport hazırda adi iş rejimində işləyir.

 

Xatırladaq ki, yerli vaxtla saat 05.10-dan Moskvanın Vnukovo hava limanına məhdudlaşdırıcı tədbir həyata keçirilib. “Azur Air”, “UTair”, “Flydubai” şirkətlərinin təyyarələri Domodedovo hava limanına enib. Ümumilikdə, Vnukovo hava limanından 14 reys Moskvanın başqa aeroportlarına yönəldilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.