İran XİN rəhbəri Azərbaycanın üçtərəfli bəyanatın icrasına sadiq olduğunu bildirib
YENİLƏNİB

Biz Ukraynadakı müharibənin bitməsi ilə bağlı dəfələrlə çağırış etmişik. Bu müharibə bitməlidir.


Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Bakıda Qoşulmama Hərəkatının Koordinasiya Şurasının nazirlərin iclasında çıxışı zamanı deyib.


Nazir, İranın Cənubi Qafqaz regionunda mübahisələrin sülh yolu ilə həllini dəstəklədiyini diqqətə çatdırıb.


O, bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini vurğulayıb.


Nazirin sözlərinə görə, o, Prezident İlham Əliyevlə görüşdə Azərbaycan tərəfinin üçtərəfli bəyanatın icrasına sadiq olduğunu başa düşüb.


Abdullahian əlavə edib ki, Azərbaycan üçtərəfli bəyanatda əksini tapan kommunikasiya və nəqliyyat yollarının açılmasını dəstəkləyir.


“Bu regionun tranzit baxımından böyük potensialı var. İran bu hədəfi, potensialı reallaşdırmaq üçün əməkdaşlığı dəstəkləyir”, - xarici işlər naziri bəyan edib.


XİN rəhbəri, İranın hər zaman regionda sərhədlərin dəyişməsinə qarşı olduğunu qeyd edib.

**13:05

Demokratiyanı, insan haqlarını müdafiə edən ölkələrdə islamafobiyanın, irqçiliyin şahidi oluruq.


Məlumata görə, bu barədə İraq Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüsseyni Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosunun Nazirlər İclası zamanı deyib.


“İslamafobiya, irqçilik qəbuledilməz haldır. Bu gün demokratik sayılan, insan haqlarını müdafiə edən ölkələrdə islamafobiyanın, irqçiliyin şahidi oluruq”,- deyə o əlavə edib.


Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosunun Nazirlər İclası keçirilir. İclasda Qoşulmama Hərəkatına üzv ölkələrin təmsilçiləri iştirak edir. Tədbir iyulun 6-dək davam edəcək.


Xatırladaq ki, Azərbaycanın da daxil olduğu 120 üzv dövlət, 18 müşahidəçi və 10 Beynəlxalq Təşkilat Qoşulmama Hərəkatının tarixində mühüm rol oynayıb.

**12:30

QH-nin qlobal rolunun gücləndirilməsində, tanınmasında və səsinin daha da eşidilməsində Azərbaycanın səylərini yüksək qiymətləndiririk.


Bunu Bakıda keçirilən Qoşulmama Hərəkatının (QH) Koordinasiya Bürosunun nazirlər toplantısında çıxışında Özbəkistan XİN rəhbəri Baxtiyor Saidov deyib.


“Bakı artıq vacib beynəlxalq tədbirlərin keçirildiyi ünvana çevrilib. QH-nin rolunun gücləndirilməsində Azərbaycanın rolunu yüksək qiymətləndiririk. Azərbaycanın sədrliyi QH daxilində dinamikaya təsir edib, onu sürətləndirib. Bu gün qlobal ictimaiyyət böhranlarla üzləşir, ərzaq və enerji təhlükəsizliyinə olan təhdidlər regionlara təsir edir. QH ölkələri iqlim böhranı ilə üz-üzədir. Hərəkat regional və beynəlxalq siyasətdə aparıcı qüvvəyə çevrilir. Təşkilat çərçivəsində ölkələr prioritet sahələrdə əməkdaşlığını gücləndirir, qlobal rolunu artırır”, - nazir bildirib.


Özbəkistan XİN rəhbəri Əfqanıstandakı vəziyyət barədə də danışıb. Nazir deyib ki, onun ölkəsi Əfqanıstana azalan diqqətdən narahatdır, belə yanaşma Əfqanıstanın qlobal təcridi ilə nəticələnə bilər: “İndi Əfqanıstanın şansı var ki, illərdir davam edən böhrandan çıxsın. Özbəkistan hökuməti BMT himayəsi altında Əfqanıstanla bağlı qlobal konfransın təşkilini təklif edib. Bununla bağlı sizin dəstəyinizi gözləyirik. Özbəkistan Prezidenti həmçinin, QH çərçivəsində hər il iqtisadi forumun keçirilməsini təklif edib”.


Nazir effektiv sədrliyə görə Azərbaycanı təbrik edib.


**11:26

“Monteneqro Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində təşkilatın inkişafı ilə bağlı təşəbbüslərini dəstəkləyir”.


Bunu Monteneqronun Baş naziri Dritan Abazoviç Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun Bakıda “Qoşulmama Hərəkatı: yaranan çağırışlara qarşı vahidlik və sarsılmazlıq” mövzusunda keçirilən Nazirlər Toplantısında deyib.


Onun sözlərinə görə, Monteneqro sülh, təhlükəsizlik və sabitliyin təşviqi üçün Qoşulmama Hərəkatı ilə birgə işləməyə hazırdır:


“Ölkəmiz sülh, sabitlik, təhlükəsizlik və bütün digər bu kimi təşəbbüsləri dəstəkləməyə hər zaman hazırdır”.

**11:09

Qoşulmama Hərəkatı dünyada baş verən hadisələri, həll yollarını müzakirə etmək üçün önəmli platformalardan birinə çevrilib.


Bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosunun Nazirlər İclası zamanı deyib.


“ 2023-cü iil Türkiyə üçün önəmli bir il oldu. Yeni dövrdə Türkiyə dünyanın üzləşdiyi problemlərin həllində daha da aktiv rol oynayacaq”,-deyə o bildirib.


Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosunun Nazirlər İclası keçirilir. İclasda Qoşulmama Hərəkatına üzv ölkələrin təmsilçiləri iştirak edir. Tədbir iyulun 6-dək davam edəcək.


Xatırladaq ki, Azərbaycanın da daxil olduğu 120 üzv dövlət, 18 müşahidəçi və 10 Beynəlxalq Təşkilat Qoşulmama Hərəkatının tarixində mühüm rol oynayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.