Ermənistanda 2022-2023-cü tədris ilində 12 məktəbdə türk dili (Türkiyə türkcəsində), 4 məktəbdə isə Azərbaycan dili (Azərbaycan türkcəsində) tədris olunub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistanın Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan və türk dilləri istisna olaraq 10-12-ci sinif şagirdlərinə öyrədilir.
Bildirilib ki, 2022-2023-cü tədris ilində 33 ümumtəhsil müəssisəsində regional dillər öyrədilib: 13 məktəbdə farsca, 12-də türk dili, 4 məktəbdə Azərbaycan türkcəsi, 3-də isə gürcü dili. Daha 400 məktəb regional (türk, Azərbaycan, gürcü və fars) dilləri tədris etmək istədiyini bildirib.
İnformasiyaya əsasən, hazırda Ermənistanın bütün məktəblərində 2-ci sinifdən başlayaraq xarici dil kimi rusca və ingilis, fransız və ya almanca tədris olunur. “Bundan sonra məktəblərdə üçüncü dil kimi region ölkələrinin dillərinin tədrisinə də diqqət yetiriləcək”, - məlumatda bildirilib.