“Fransanın vasitəçiliyi Qarabağda müharibəyə səbəb oldu”
Xüsusi tapşırıqlar üzrə səfir

“Əvvəllər Avropa İttifaqının (Aİ) rolu faktiki olaraq ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın inhisarında idi. Bu fəaliyyətin nəticəsi isə sıfıra yaxın idi. Daha da pisi odur ki, bu vasitəçilik nəinki sülhə gətirib çıxarmadı, hətta Ermənistan tərəfindən ilhaqın açıq şəkildə tanınmasına belə mane olmadı. Bu da öz növbəsində müharibəyə səbəb oldu”.


Senzor.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Haaqada keçirilən “Cənubi Qafqaz və Avropa İttifaqı” konfransında müzakirələr zamanı deyib.


Avropa İttifaqının region üzrə xüsusi nümayəndələri, Brüsseldən yüksək səviyyəli rəsmilər, eləcə də həm Qafqaz, həm də Avropa ölkələrindən yüksək səviyyəli diplomatlar və ekspertlərin iştirak etdiyi tədbirdə danışan səfir söyləyib ki, rəsmi Bakı Aİ-nin Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesində hazırkı vasitəçilik missiyasını müsbət qiymətləndirir.


“Bu missiyanın tam uğur qazanması üçün keçmişin səhvləri nəzərə alınmalıdır. Bu isə ilk növbədə realizm prinsipinə, sahədə yeni yaranan reallıqlara qətiyyətlə riayət etmək, ikincisi, vasitəçinin qərəzsiz mövqeyini qorumaq deməkdir”, - deyə azərbaycanlı diplomat bildirib.

E.İskəndərov tədbir zamanı Ermənistanın “Mülki Müqavilə” partiyasının sabiq deputatı Tatevik Ayrapetyanın Laçın yolunun müvəqqəti bağlanmasını “Azərbaycanın Qarabağ ermənilərinə qarşı etnik təmizləmə siyasəti” kimi təqdim etmək cəhdlərinə də cavab verib:


“Azərbaycan Ermənistanla sərhədin Laçın hissəsini nəzarətə götürdükdən sonra biz erməni azlığına humanist və sivil münasibət göstərdik. Bir neçə həftə ərzində 30 ildən çox separatçı rejim tərəfindən məcburi təcrid vəziyyətində saxlanılan yerli əhali Azərbaycan hakimiyyətinin nümayəndələri ilə əlaqə yarada bildi və heç bir problem olmadı. Bu, qarşılıqlı etimad yaratmağın ən yaxşı yoludur”.


“Kim bu mühüm etimad quruculuğu tədbirinin yaradılması prosesini sarsıtdı?" - səfir Ermənistan nümayəndəsinə müraciət edib. “Ermənistandan atılan snayper gülləsi təkcə Azərbaycan sərhədçisinə deyil, həm də erməni azlığının Bakı ilə dialoquna qarşı yönəlmişdi. Çünki yerlərdəki real proses, bu ünsiyyət, sizin kimilərin “etnik təmizləmə planları” ilə bağlı ortaya atdıqları yalan rəvayətləri məhv etdi”, - E.İskəndərov əlavə edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.