Albaniya Prezidenti Bayram Beqayın rəsmi qarşılanma mərasimi olub - FOTO

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Albaniya Respublikasının Prezidenti Bayram Beqayın iyulun 7-də rəsmi qarşılanma mərasimi olub.


Senzor.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Albaniya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bayram Beqayı qarşılayıb.


Fəxri qarovul dəstəsinin rəisi Albaniya Prezidentinə raport verib.


Prezident Bayram Beqay Azərbaycan əsgərlərini salamlayıb.


Azərbaycan və Albaniya prezidentləri fəxri qarovul dəstəsinin qarşısından keçiblər.


Albaniya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.


Azərbaycan nümayəndə heyəti Albaniya Prezidentinə, Albaniya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.


Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Albaniya Prezidenti Bayram Beqayın qarşısından keçib.


Dövlət başçıları rəsmi foto çəkdiriblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.