Ərdoğan: Türk Silahlı Qüvvələri dünyanın ən güclü və güvənilən ordularından biridir

Türk Silahlı Qüvvələri dünyanın ən güclü və güvənilən ordularından biridir. Dünyadakı dövlətlərin bir çoxunun hərbi keçmişi bir neçə əsrlik olduğu halda, türk millətinin nizami ordu tarixi 2 min 232 ildir.

 

Anadolu agentliyi xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Müdafiə Universitetinin məzunlarının buraxılış mərasimində söyləyib. 

 

O əlavə edib ki, ordu-millət anlayışının sahibi olan türk milləti Mete Han, Sultan Alparslan, Fatih Sultan Mehmet, Qazi Mustafa Kamal kimi dahi sərkərdələr yetişdirib. Türk Ordusu həm də dost və qardaş xalqlar üçün bir ümid məşəlidir. Türkiyə Silahlı Qüvvələri öz yurdunu qorumaqla yanaşı, müxtəlif sülhməramlı əməliyyatlarda da iştirak edir.

 

Türkiyə Prezidenti vurğulayıb: “Biz tarix boyu kimsənin malına, mülkünə zərər vermədik, namusuna əl uzatmadıq, məsum insanların canına qıymadıq. Cənubi Koreyadan Əfqanıstana qədər bir çox yerlərdə övladlarımızı şəhid verdik. Bu reallıqlar ortada olduğu halda, ölkəmizə qarşı aparılan kampaniyaları şiddətlə qınayırıq. Eyni zamanda, NATO-ya verdiyimiz töhfələr müqabilində, üzvü olduğumuz bu Alyansın gələcəyi üçün narahatıq. Terrorla demokratiya, terrorla təhlükəsizlik və insanlıq bir araya sığmaz”.

 

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, NATO-nun genişləndirilməsi kontekstində Türkiyə Finlandiyanın Alyansa üzvlüyünü dəstəkləyib, lakin terrorçuları himayə edənlərə də etirazını bildirib. Onun sözlərinə görə, terrorla arasına məsafə qoya bilməyən dövlət NATO-nun üzvü ola bilməz. “Gələn həftə Vilnüsdə keçiriləcək Zirvə görüşündə bu məsələləri təkrarən üzv dövlətlərin diqqətinə çatdıracağıq. Ölkəmiz və millətimiz üçün xeyirli olan nədirsə, onu həyata keçirəcəyik”, -deyə Türkiyə Prezidenti vurğulayıb.

 

Türkiyənin dövlət başçısı Milli Müdafiə Universitetindən məzun olan əcnəbi tələbələri də təbrik edib, onlara öz vətənlərinin təhlükəsizliyi və rifahı naminə uğurlar diləyib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.