Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi Antoni Blinkenlə telefonla danışıb, Azərbaycanla sülh müqaviləsi üzrə aparılan danışıqları müzakirə edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Paşinyan öz “Tvitter” hesabında paylaşım edib.
"Dövlət katibi Blinken ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə davam edən danışıqlar, Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi kimi mühüm məsələləri müzakirə etdik", - Paşinyan qeyd edib.