Yardıma görə Azərbaycan Prezidenti və xalqına minnətdarıq - ALİ RADANIN DEPUTATI

Ukraynanın xalq deputatı, parlamentin energetika və kommunal xidmətlər məsələləri komitəsinin üzvü, enerji qənaəti və enerji səmərəliliyi alt komitəsinin sədri Sergey Naqornyak Ukraynaya göstərilən sistematik yardıma və dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına minnətdarlığını ifadə edib.


AZƏRTAC xəbər verir ki, Sergey Naqornyak Ukrayna Böhran media mərkəzində “Ukrayna-Azərbaycan: Qlobal dünya nizamı çağırışları şəraitində strateji tərəfdaşlıq. Üçüncü dialoq” mövzusunda keçirilən dəyirmi masada deyib: “Məlum olub ki, Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya humanitar yardım çərçivəsində elektrik avadanlıqları alınması və göndərilməsi üçün əlavə 7,6 milyon dollar ayrılmasına dair Sərəncam imzalayıb. Mən Rusiyanın tam miqyaslı müdaxiləsindən sonra daim hiss etdiyimiz yardımlara, sistematik dəstəyə görə Azərbaycan Prezidentinə və dost Azərbaycan xalqına təşəkkür etmək istəyirəm”.


Deputat vurğulayıb ki, Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi onlar üçün mühümdür, tam miqyaslı təcavüzün ilk günlərində isə böyük humanitar yardım paketi, o cümlədən dərmanlar və tibbi avadanlıq göndərilib. Həmin vaxtdan humanitar yardımlar sistematik xarakter alıb.


Sergey Naqornyak qeyd edib: “2022-2023-cü illərin qış mövsümü bizim üçün çox çətin olub. Azərbaycanın yardımı bu ağır dövrdə bizə kömək edib. İndi də Ukraynanın energetika sektoruna yardım ayrılıb. Bu, büzüm üçün çox mühümdür, çünki enerji sistemini bərpa edərək qışa hazırlıq görürük”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.