Xankəndidəki separatçıların növbəti şousu - ERMƏNİ “UŞAQLAR” AĞDAM YOLUNA BETON DÜZDÜLƏR
VİDEO

Xankəndi və ətrafındakı erməni separatçı-terrorçu dəstəsinin şousu davam edir.

 

Axar.az xəbər verir ki, guya “humanitar fəlakət” olduğunu və Azərbaycanın rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə məskunlaşan ermənilərin aclıq çəkdiyi bildirilsə də, Azərbaycanın Ağdamdan istənilən məhsulu tədarük etməyin mümkünlüyü təklifinə qarşı dirəniş nümayiş olunur.

 

Qeyd etdiyimiz kimi, doğrudan da Qarabağdakı erməni icmasının qida təminatı istəyi olsaydı, erməni separatçı-terrorçu dəstəsi heç bir halda Azərbaycanın təklifinə qarşı çıxmazdı. Burda məqsəd “film” çəkmək, şou göstərmək, təbliğat aparmaqdır. Və əlbəttə ki, bütün bu proseslər Rusiyanın birbaşa tövsiyəsi və tələbi ilə həyata keçirilir.

 

Bu gün isə erməni separatçılar Ağdam yoluna beton düzərək, mümkün qida təminatını əngəllədiklərini görüntüləyiblər və bununla bağlı video yayıblar.

 

Videoya diqqət edək:

 

- Çəkiliş tam bir filmi xatırladır: kadrların dəyişməsi, kameranın manevrləri, çəkiliş istiqaməti burda “estetik rejissor işi” aparıldığını deməyə əsas verir. Hansı real aksiyada kameralar etirazçıların ayaqları altına qoyulur və yaxud onların sıra ilə düzülməsi, kadrdan keçidləri bu qədər nizam-intizamlı ssenariləşdirilir?

 

- Yeniyetmələrdən istifadə edilir, kadr arxasında gizlənən separatçı-terrorçular arvadları və yeniyetmələri kameraların önünə çıxarıb, təbliğat nitqi söylədir;

 

- “Qarabağ sakinlərinin Ağdam-Əsgəran yolunu bağladığı” bildirilir. Hansı sakində kran, yük maşını və yollara düzmək üçün beton plitələr var? Erməni separatçılar ənənəvi olaraq uşaq və yeniyetmələrdən sui-istifadə edirlər.









Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.