BMT Təhlükəsizlik Şurası (TŞ) iyulun 21-də Rusiyanın "Taxıl sazişi"ndən çıxması ilə bağlı toplantı keçirəcək.
Senzor.az bildirir ki, bu barədə BMT Təhlükəsizlik Şurasına sədrlik edən Böyük Britaniyanın nümayəndə heyəti məlumat yayıb.
İclasın Avropa Birliyi ölkələrinin təşəbbüsü ilə keçiriləcəyi bildirilib.