Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas və İsrailin Baş naziri Benyamin Netanyahu gələn həftə üç gün fərqlə Türkiyəyə səfər edəcəklər.
Senzor.az bildirir ki, bu barədə Türkiyə Prezidentinin ofisi məlumat yayıb.
Prezident Rəcəb Tayyib Ərdoğan bir həftə ərzində Türkiyədə Fələstin Prezidenti Mahmud Abbas və İsrailin Baş naziri Benyamin Netanyahunu ayrıca qəbul edəcək.
Tərəflər aktual regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.
Mahmud Abbas Türkiyəyə iyulun 25-də, Netanyahu isə iyulun 28-də gedəcək.