İyulun 22-də daha bir neçə ailə Laçın şəhərinə yola salınıb.
Senzor.az bildirir ki, bu gün 79 nəfərdən ibarət daha 22 ailə doğma yurduna geri dönür.
Qeyd edək ki, köç Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüb.
Köçürülən ailələr Laçında vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.