Çinin “Çançjen 2D” raket daşıyıcısı 4 peyki uğurla Yerin orbitinə çıxarıb.
Bu barədə Çinin Aerokosmik Elm və Texnologiya Korporasiyasının (CASC) saytında məlumat verilib.
Raket Pekin vaxtı ilə saat 10:50-də (Bakı vaxtı ilə saat 06:50) Tayyuan kosmodromunun buraxılış meydançasından buraxılıb.
Korporasiyanın məlumatına görə, orbitə üç “Sixiang Earth” məsafədən zondlama peyki və “Lingxi-03” kosmik gəmisi çıxarılıb.
Buraxılış zamanı istifadə edilən “Changerding” raketi maye yanacaqla işləyən iki mərhələli daşıyıcı aparatdır. O, CASC-ın səkkizinci Akademiyasının baş direktoru tərəfindən layihələndirilib və müxtəlif orbital tələblərə malik bir və ya bir neçə peyk buraxmağa qadirdir. Raketin yükdaşıma qabiliyyəti 1,3 tondur.