Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşü başa çatıb
YENİLƏNİB, VİDEO

İyulun 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə ikitərəfli, daha sonra isə Rusiya xarici işlər naziri və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə üçtərəfli görüşlər keçirib.

 

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Senzor.az-a verilən məlumata görə, görüşlərdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi müzakirə olunub.

 

Nazir Ceyhun Bayramov bölgədə mövcud vəziyyət, Azərbaycan tərəfindən regionda sülh və təhlükəsizliyin bərqərar olunması istiqamətində atılan addımlar əleyhinə Ermənistan tərəfindən törədilən hədə və qeyri-qanuni fəaliyyətlər, habelə təyyarələrin uçuşuna törədilən maneələr daxil, hərbi təxribatlar barədə ölkəmizin mövqeyini bir daha diqqətə çatdırıb. Ceyhun Bayramov bölgədə humanitar vəziyyətə dair səsləndirilən iddiaların tamamilə əsassız olmaqla yanaşı, bu iddiaların siyasi manipulyasiya olduğunu vurğulayıb. 

2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda təsbit olunmuş öhdəliklərə zidd olaraq, Ermənistan tərəfindən Laçın yolundan hərbi məqsədlər, habelə Azərbaycanın təbii sərvətlərinin qanunsuz daşınması üçün sui-istifadə hallarına qarşı tədbirlərin Azərbaycanın suveren hüququ olduğu bildirilib. Bu məqsədlə, eyni zamanda, Azərbaycan tərəfindən Laçın dövlət sərhədindən buraxılış məntəqəsinin təsis edilməsinin zəruri tədbir olduğu diqqətə çatdırılıb. Nazir sərhəd-buraxılış məntəqəsinin yaradılmasından bəri erməni sakinlərin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlanan keçidi üçün şəraitin yaradılmasına baxmayaraq, Ermənistan tərəfindən iyunun 15-də keçid məntəqəsinə qarşı törədilmiş təxribatın erməni sakinlərin keçidinə maneçilik törətdiyini bildirib. Hazırda Azərbaycan tərəfindən erməni sakinlərin tibbi məqsədlər üçün keçidinin təmin olunduğu diqqətə çatdırılıb.

 

Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün “Ağdam-Xankəndi” yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla bir sıra təkliflər irəli sürülməsinə baxmayaraq, erməni tərəfinin bütün təkliflərə qarşı çıxması onların məkrli niyyətlərini və humanitar vəziyyət barədə iddiaların siyasi şantaj olduğunu göstərdiyi qeyd olunub.

 

Azərbaycanın öz suveren ərazilərində yaşayan ermənilərin reinteqrasiyası tədbirlərinə müdaxilə cəhdlərinə son qoyulması, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün sözdə və əməldə Ermənistan tərəfindən qeyd-şərtsiz təsdiqlənməsinin, eləcə də öhdəliklərə zidd olaraq hələ də tam olaraq Azərbaycan ərazisində mövcud olan erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasının bölgədə sülhün təmin edilməsi üçün ən zəruri şərtlər olduğu nazir Ceyhun Bayramov tərəfindən vurğulanıb.

 

**20:54


Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rusiyalı həmkarı Sergey Lavrov və Ermənistan naziri Ararat Mirzoyan ilə üçtərəfli görüşü başa çatıb.

 

Senzor.az bildirir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

 

**18:30


Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan arasında üçtərəfli görüş başlayıb.

Senzor.az xəbər verir ki, görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi müzakirə olunur.

Qeyd edək ki, üçtərəfli danışıqlardan əvvəl C.Bayramovla S.Lavrov bir araya gəlib.

Tərəflər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşma prosesi ilə yanaşı, Moskva və Bakı arasındakı münasibətlər və regional məsələləri müzakirə ediblər.

 

**17:42

Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında görüş olub.

Senzor.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşma prosesi ilə yanaşı, Moskva və Bakı arasındakı münasibətlər və regional məsələləri müzakirə ediblər.

Qeyd edək ki, C.Bayramov Rusiyada işgüzar səfərdədir.

Səfər çərçivəsində, bu gün Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə ikitərəfli görüşün, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.