“Bu il Rusiya, Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşünün keçirilməsi planlaşdırılır”.
Senzor.az bildirir ki, bunu üçtərəfli görüşdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Ümid edirik ki, danışıqlar prosesi davam edəcək. Biz həm Ermənistan, həm də Azərbaycan tərəfinin vasitəçilərdən təkcə Rusiya Federasiyasının deyil, həm də digərlərinin simasında istifadə etməkdə maraqlı olduğunu başa düşürük. Biz Bakı və İrəvana razılıq əldə etməkdə səmimi maraq göstərənlərin, bizim kimi bu istiqamətdə çalışanların istəyini alqışlayırıq. Amma erməni və Azərbaycan xalqlarının mənafeyindən deyil, mətbuatda gözəl başlıqlar xatirinə, geosiyasi və daxili siyasi mülahizələrdən ötrü süni şəkildə müəyyən razılaşmaların tətbiqinə cəhdlər olmamalıdır", - deyə S.Lavrov vurğulayıb.