İran Rusiyanın “Su-35” döyüş təyyarələrini almaqdan imtina edib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Almaniyanın “Flog Review” jurnalında məlumatlı mənbələrə istinadən dərc edilən xəbərə görə, buna səbəb Rusiyanın İrana qırıcıların ehtiyat hissələrinin istehsalı texnologiyasını öyrətməkdən və növbəti 30 il ərzində ölkədə təyyarələrə texniki xidmət göstərməkdən imtina etməsi olub.
“İran bu günlərdə Rusiyadan ilk “Su-35” qırıcı təyyarəsini almalı idi, lakin bu müqavilə tamamilə ləğv edildi, çünki İran tərəfi Rusiyanın təklifindən narazıdır”, - deyə xəbərdə qeyd edilib.