“Bu gün Polşa ordusunun 172 min əsgəri var. Məqsədimiz Polşa ordusunun ən azı 300 000 əsgərinin olmasıdır”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Polşanın daxili işlər naziri Mariuş Kaminski deyib.
Polşa ordusunda diviziyaların sayı 3-dən 6-ya, müdafiə xərcləri isə ÜDM-in 4%-nə qədər artacaq.
Polşanın daxili işlər naziri Mariuş Kaminski deyib ki, NATO və Aİ ölkələrinin sərhədlərində “Vaqner” Xüsusi Hərbi Şirkəti yaraqlıları ilə bağlı ciddi insident baş verərsə, Polşa, Litva və ya Latviya birgə tədbirlər görəcək.
Qeyd edək ki, bir neçə gün əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqnerçi”lərin Varşavaya getmək istədiklərini etiraf edib. “Onlar “Qərbə getmək istəyirik. İcazə verin” deyirlər. Deyirəm, Qərbə getməyə nə ehtiyac var? Yaxşı, Varşavaya, Jeşuvaya ekskursiyaya gedin”, - o deyib.