Putin Ərdoğanın bu xahişindən imtina etdi - “VOLL STRİT JURNAL”

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın taxıl müqaviləsinin bərpasını müzakirə etmək istəyinə cavab verməyib.

 

Bu barədə “Voll Strit Jurnal” nəşri diplomatik mənbələrə istinadən məlumat yayıb.

 

Mənbələrin sözlərinə görə, Türkiyə liderinin təkid etdiyi telefon danışığı hələ də baş tutmayıb.

 

Türkiyə rəsmiləri digər kanallar vasitəsilə dialoqa təkan verməkdə davam edir.

 

Qeyd edək ki, Rusiya 17 iyulda başa çatan Qara Dəniz Taxıl Təşəbbüsünün müddətini uzatmaqdan imtina edib. Buna səbəb kimi isə taxıl sazişi ilə Qərbin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsini göstərib. Rusiya taxıl sazişinə qayıtmaq üçün şərtini də açıqlayıb.

 

Rusiya lideri Putinin avqust ayında Türkiyəyə səfəri gözlənilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.