Ceyhun Bayramov BMT Baş katibinə məktub ünvanlayıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Baş katibi Antoniu Quterrişə məktub göndərib, onu Ermənistanın humanitar vəziyyətlə bağlı manipulyasiyası barədə məlumatlandırıb.


Senzor.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə tviter səhifəsində yazıb.


Məktubda bildirilir ki, Azərbaycan Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) yardımı ilə Azərbaycanın Qarabağ bölgəsinin erməniəsilli sakinlərinin Laçın sərhəd-keçid məntəqəsindən sərbəst keçməsini təmin edir və bu keçid məntəqəsindən hər gün orta hesabla 25-30 nəfər keçir.


Məktubda daha sonra qeyd olunur ki, Azərbaycan paralel olaraq Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin humanitar ehtiyaclarını ödəmək üçün Ağdam-Xankəndi marşrutundan istifadə etməyi təklif edib və bunun üçün bütün lazımi şəraiti təmin etməyə hazır olduğunu bildirib.


Məktubda vurğulanır ki, Ermənistan tərəfi Azərbaycanın yardımından imtina etməkdə davam edir və bu, humanitar vəziyyətlə bağlı hazırkı manipulyasiyanın siyasi oyun olduğunu göstərir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.