Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi FETÖ ilə mübarizədən danışdı
“BU İŞ 3-5 NƏFƏRİN HƏBSİLƏ BİTMƏYƏCƏK”

FETÖ terror təşkilatı ilə mübarizədə Azərbaycanın atdığı addımlar çox doğrudur.

 

Bunu Trend-ə açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib.

 

O qeyd edib ki, FETÖ terror təşkilatı yalnızca Türkiyədə yox, dünyada təxminən 170 ölkədə fəaliyyətini genişlədən bir terror təşkilatıdır.

 

“15 iyulda Türkiyədə xaincəsinə olan dövlət çevrilişinə cəhd nəticəsində onların əsl üzü ortaya çıxdı və onlara qarşı mübarizə başladı. FETÖ ilə mübarizə onunla əlaqəli şəxslərin həbsi ilə sonlanacaq bir proses deyil. Bu terror təşkilatı ilə mübarizə uzun illər davam etməlidir. FETÖ ilə mübarizə yalnızca Türkiyəyə aid deyil. Başda Türk Dövlətləri Təşkilatına üzv ölkələr olmaqla, dost ölkələrdə öz milli təhlükəsizliyi üçün mübarizə aparılmalıdır. Belə bir anlayış formalaşıb ki, sanki FETÖ ilə mübarizə Türkiyə üçündür. Bu yalnışdır. Çünki illər boyu məktəblər vasitəsilə tədris prosesinə sızma nəticəsində bu terror təşkilatı həmin ölkələrdəki yüksək səviyyəli şəxsləri ələ keçirəcək səviyyəyə gəlib. Bunların 30 illik bir fəaliyyəti var. Bu fəaliyyət onlarla bağlı 3-5 şəxsin həbs edilməsi ilə bitməyəcək”,- deyə o bildirib.

 

Y.Karauz həmçinin əlavə edib ki, Azərbaycan FETÖ terror təşkilatı ilə mübarizəyə çox sürətli şəkildə başladı.

 

“Azərbaycan dost və qardaş ölkəmizdir və çox sürətli bir şəkildə FETÖ ilə mübarizəyə başladı. 2016-cı ildən etibarən bir universiteti, 17 məktəbi, yüzlərcə kursu bağladı. Bu mübarizədə Azərbaycanın atdığı addımlar çox doğrudr. FETÖ terror təşkilatı ilə mübarizə davam etməlidir”,- deyə ehtiyatda olan general vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.