Suriyanın xarici işlər naziri Faisal Mekdad İrana səfər edib.
Senzor.az bildirir ki, bu barədə "Irna" agentliyi məlumat yayıb.
Onu Suriyanın iqtisadiyyat və xarici ticarət, rabitə və texnologiya nazirləri müşayiət edir.
Səfər zamanı nazirlər İran Prezidenti İbrahim Rəisinin Suriyaya son səfəri zamanı iki ölkə arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsini müzakirə edəcəklər.
Xatırladaq ki, 2023-cü il mayın əvvəlində İran Prezidenti İbrahim Rəisi son 13 ildə ilk dəfə Suriyaya işgüzar səfər edib. Raisinin Suriya Prezidenti Bəşər Əsədlə danışıqları zamanı iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq müzakirə olunub. İran və Suriya 14 əməkdaşlıq sənədi imzalayıblar.