ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu həftə Azərbaycan və Ermənistana səfər edəcək.
Senzor.az bildirir ki, bu barədə "Svoboda" radiosunun Ermənistan xidmətinə ABŞ-ın İrəvandakı səfirliyindən məlumat veriblər.
L.Bono ABŞ-ın sülh prosesinə yardımını və regionda dayanıqlı sülhə nail olmağın ən yaxşı yolunu müzakirə edəcək.
Xatırladaq ki, L.Bono sonuncu dəfə regionda may ayında olub. O, Bakıda və İrəvanda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair görüşlər keçirib.