Rusiyanın paytaxtı Moskva istiqamətində uçan iki hücum pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulub.
TASS bildirir ki, bu barədə paytaxtın meri Sergey Sobyanin öz teleqram kanalında yazıb.
"Gecə saat 4 radələrində Hava Hücumundan Müdafiə Qüvvələri şəhərə doğru uçan iki PUA-nı vurub. Biri Kaluqa vilayətində, digəri isə Mərkəzi Dairəvi yol ərazisində", - deyə mer vurğulayıb.