“Vəkil Luis Moreno Okamponun hesabatında əsassız iddialar var”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Associated Press" agentliyinə müsahibəsində deyib.
“Bu hesabat qərəzlidir, real vəziyyəti təhrif edir və özündə ciddi faktiki, hüquqi səhvləri ehtiva edir”, - o vurğulayıb.
Qeyd edək ki, Azərbaycan əleyhinə qərəzli hesabat hazırlayan, əvvəllər Beynəlxalq Cinayət Məhkəməsində baş prokuror vəzifəsində çalışmış L.M.Okampo dünyanın bədnam ad qazanmış ofşorunda bir neçə şirkəti idarə edib. Bundan başqa, Ermənistanın eks-prezidenti, Xocalı soyqırımını törədən hərbi cinayətkar Serj Sarqsyan İrəvanda onu qəbul edib.("Report")