Türkiyədə bu yay ikinci dəfə daxili reyslər üçün maksimum qiymət səviyyəsi - 50% artırılaraq 2500 lirəyə (158 AZN) qaldırılıb.
Airport Haber bildirir ki, artıq Türk Hava Yollarında bu qiymətə biletlər satışa çıxarılıb.
Qeyd olunub ki, təyyarədəki yerlərin 15%-i 2500 lirəyə, qalan 85%-i isə 1650 (104 AZN) lirəyə satıla bilər.
Qeyd edək ki, daha öncəki artım bir aydan az əvvəl olub - iyulun sonunda qiymətlər 43% qaldırılıb.
Xatırladaq ki, ilk dəfə daxili reyslər üçün maksimum qiymət 2013-cü ildə tətbiq edilib və 299 (19 AZN) lirə olub.