“Ermənistanın 30 il ərzində davam edən işğalı Azərbaycanın 8 şəhər, yüzlərlə kəndinin tamamilə yox olmasına səbəb olub”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində yazıb.
O qeyd edib ki, Azərbaycan dövləti tərəfindən maliyyələşdirilən, indiyədək misli görünməmiş bərpa prosesi işğaldan azad edilmiş əraziləri dirçəldir.(“Report”)