İran Rusiyada keçirilən “Ordu-2023” Beynəlxalq Hərbi-Texniki Forumunda müxtəlif növ pilotsuz uçuş aparatları, eləcə də elektron döyüş və radiokəşfiyyat vasitələrini təqdim edib.
Bu barədə TASS məlumat yayıb.
Xüsusilə, İran “Araş”, “Əbabil-5”, “Karrar” PUA-larını, eləcə də 200 km-ə qədər məsafədə təyyarə tipli dronları aşkar edən “Hunter-2” elektron döyüş sistemini nümayiş etdirib.
“Huntez-2" təkcə müəyyən etmir, həm də hər cür məhvetmə sistemləri ilə birlikdə işləyir. Burada təqdim olunan sistemlərin hər biri döyüş istifadəsində zəngin təcrübəyə malikdir. İran Rusiya ilə müdafiə sahəsində əməkdaşlığa açıqdır”, - təqdimatda bildirilib.
Sərgidə İranın istehsal etdiyi ilk elektron dron olan “Şahin” də təqdim olunur. Qurğu beş elektron mühərriklə təchiz edilib və iki-üç saat ərzində hərəkətdə ola bilir, maksimal uçuş hündürlüyü təxminən 4 km-dir.
İran GB125 idarə olunan bombalar, "Yasin" döyüş təlim təyyarəsi, qayıqlar və gəmi əleyhinə SM-300 qanadlı raket sistemi də nümayiş etdirib.
Forum avqustun 14-dən 20-dək Alabino poliqonunda və Kubinka aerodromunda keçirilir. Burada 7 ölkədən 85 xarici şirkət və təşkilat iştirak etməyi planlaşdırır.