“Telefonlara gələn zəlzələ ilə bağlı məlumatın Azərbaycanla heç bir əlaqəsi yoxdur”.
Senzor.az bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı deyib.
Onun sözlərinə görə, zəlzələ Türkmənistan ərazisində baş verib.
Qeyd edək ki, Türkmənistanda yerli vaxtla saat 05:37-də 5,0 bal gücündə zəlzələ qeydə alınıb.