Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Urojayne yaşayış məntəqəsini Rusiya işğalından azad edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib.
Onun sözlərinə görə, Ukrayna qoşunları azad etdikləri ərazilərdə möhkəmlənir.
Nazir müavini onu da bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin hücum əməliyyatları davam edir.