Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında BMT Təhlükəsizlik Şurasının (TŞ) iclası öncəsi telefon danışığı olub.
Erməni nazir bu barədə X (Tvitter) sosial şəbəkəsində yazıb.
O, rusiyalı həmkarı ilə Qarabağdakı “humanitar böhran”dan və Laçın yolunun “blokadası”ndan danışdığını bildirib.
Mirzoyan növbəti dəfə Lavrova Azərbaycanın guya erməni əhalisinə qarşı “etnik təmizləmə” planlaşdırması barədə danışıb.
Qeyd edək ki, bu gün saat 23:00-da BMT TŞ-də Ermənistanın tələbi ilə Qarabağdakı vəziyyətlə bağlı iclas keçiriləcək.