“Azərbaycanla Ermənistan arasında uzunmüddətli sülhün yaradılması üçün konkret detalların müzakirəsinə başlamaq lazımdır”.
Senzor.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “X” sosial şəbəkəsində yazıb.
“Dünya ictimaiyyətinin yekdil rəyi ondan ibarətdir ki, tamaşalar göstərməkdənsə, Azərbaycan və Ermənistan arasında uzunmüddətli dayanıqlı sülhün konkret detallarının müzakirəsinə keçməyin vaxtı çoxdan çatıb. Bunun üçün artıq bütün ilkin şərtlər var”, - paylaşımda qeyd edilib.
Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasında dünənki müzakirələr hansı ölkələrin suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında real, dayanıqlı sülh istədiyini ortaya qoydu. Eyni zamanda hansı dövlətlərin isə revanşla bağlı mənasız ümidlərlə vaxtı uzatmaq üçün “humanitar fəlakət” tamaşasını oynamaqda davam etməsini bir daha göstərib.