İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi sentyabrın 27-də faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac keçirəcək.
Bu barədə "Report"a Dövlət Xidmətindən bildirilib.
Hərraca Daşkəsəndə “Çovdar” (7 ha), Ağstafada “Yuxarı Salahlı” (22 ha), Tovuzda “Aşağı Zəyəmçay” (2 ha), Şəmkirdə “Aşağı Zəyəmçay” (4 ha), İmişlidə “İmişli” (11 ha), “Bəhrəmtəpə I” (32 ha) və “Bəhrəmtəpə II” (19 ha), Şabranda “Gilgilçayın cənub-qərb cinahı” (18 ha), Siyəzəndə “Gilgilçayın cənub-qərb cinahı” (10 ha) və “Gilgilçay III” (2 ha), Qaxda “Kürmükçay” (18 ha), Zaqatalada “Qaraçay I” (30 ha), Şəkidə “Qaşqaçay” (2 ha), Bakının Qaradağ rayonunda “Şahqaya” (3,7 ha) və “Şonqar” (7 ha), Tərtərdə “Söylən” (0,8 ha), İsmayıllıda “Bilistan II” (3,1 ha), Qəbələdə “Türyançay III” (4 ha) və “Xırxatala” (2 ha) faydalı qazıntı yataqları investorlara təklif olunacaq.
İddiaçılar hərraclarda iştirakla bağlı sənədləri 20 sentyabr 2023-cü il saat 18:00-dək Bakı KOB evinə (Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) təqdim edə bilərlər.
Əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər. Hərrac Əmlak Xidmətləri Məkanında keçiriləcək.
Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (