Macarıstan İsrail və Almaniya şirkətləri ilə birgə döyüş dronları istehsalı ilə bağlı əməkdaşlıq müqaviləsi imzalayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban ölkənin cənub-qərbindəki Zalaegerszeq şəhərində yeni zavodun açılış mərasimində çıxış edərkən deyib.
Orban İsrailin “UVision” şirkətini müdafiə texnologiyaları istehsalçısı adlandırıb, alman şirkətinin adını isə açıqlamayıb.
Zavod Almaniyanın “Rheinmetall” hərbi-texniki şirkətinə məxsusdur və onun 49 faizlik payı Macarıstan dövlətinə məxsusdur.
Bundan əlavə, Orban bildirib ki, “Rheinmetall” yaxın vaxtlarda ölkənin mərkəzi hissəsində sursat istehsal edəcək daha bir zavod açacaq.
Onun sözlərinə görə, bu müəssisə Avropanın ən müasir müəssisələrindən birinə çevriləcək.