Zelenski Ərdoğanı İsveçin NATO-ya üzvlüyünü dəstəkləməyə çağırıb

Prezident Volodimir Zelenski Ukraynanın İsveçin NATO-ya daxil olmasını dəstəklədiyini açıqlayıb, xüsusən də Alyansın üzvü olan Türkiyə ilə danışıqlarda bu məsələni qaldırıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Ukrayna lideri bu barədə İsveçin Baş naziri Ulf Kristerssonla danışıqlardan sonra mətbuat konfransında deyib.

 

Dövlət başçısı vurğulayıb ki, İsveç “NATO-nun xeyrinə tamamilə rasional seçim edib” və ukraynalıların seçimi də buna bənzəyir.

 

“Əminəm ki, dövlətlərimiz birlikdə Alyansda olacaq və bu təhlükəsizliyə - xüsusən də Baltik-Qara dəniz-Azov regionunda - zəmanət verəcək”, - Zelenski əlavə edib.

 

O qeyd edib ki, Alyansdakı bütün tərəfdaşlarla danışıqlarda “o cümlədən Türkiyə ilə danışıqlarda biz daim İsveçin NATO-ya daxil olması üçün dəstəyə çağırırıq”.

 

“Cənab Ərdoğanla bu yaxınlarda keçirdiyimiz görüşdə mən NATO-da İsveçin lehinə arqumentlər söylədim. Biz bu işi gələcəkdə də davam etdirəcəyik”, - Zelenski deyib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.