DÜŞMƏNİ QORXUDAN DOSTLUQ: BAKI-BUDAPEŞT ƏLAQƏLƏRİ DAHA DA GÜCLƏNİR
TƏHLİL

Azərbaycan özünün qonşusu olan (30 illik işğal faktoruna görə Ermənistan istisnadır) və olmayan dövmelətlərlə müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı faydalı münasib ətlərini inkişaf etdirir. Azərbaycanın stratejisi tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biri olan Macarıstanla müxtəlif sahələr üzrə ikitərəfli və çoxt ərəfli əməkdaşlığının inkişafı ölkəmizin xarici siyas ətinin əsas istiqamətlərindəndir. Ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədədir ve bu münasibətlər dostluk, əməkdaşlık ve strateji tərəfdaşlıq əsasında inki saf edir.

 

Başkan İlham Əliyev ve Birinci xanım Mehriban Əliyivanın 1 il ərzində sayca ikinci Macaristan səfəri əlbəttə ki, dostluq və etibarlı tərəfdaşlıq münasibətlərind ən, ölkələrimiz arasında münasibətlərin yüksələn xətt üzrə inkişafından qaynaqlanır.

 

Hər iki dövlət həqiqətən də dost və tərəfdaş ölkələrdir. Bunu təkcə ikitərəfli münasibətlərə aid proseslərin gedişatında yox, eyni zamanda beynəlxalq platformalarda da aydın sezmək mümkündür. Bu səbəbdən də Azərbaycan-Macarıstan münasibətləri artıq strateji tərəfdaşlıq kimi müəyyən edilib. Hələ 2023 cü il yanvarın 30 da cənab Prezidentin Budapeştə səfəri çərçivəsində Macarıstanın Baş naziri Viktor Orbanla Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması bu tərəfdaşlığın hansı səviyyədə olduğunu açıq-aşkar nümayiş etdirirdi.

 

Qeyd edim ki, bu, iki ölkə arasında strateji tərəfdaşlığa dair imzalanmış ikinci belə sənəd idi və bir daha onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost və strateji tərəfdaşdırlar, bu münasibətlərin gələcək perespektivləri çox dinamik şəkildə daha da güclü faktorlara əsaslanır.

 

Təşəbbüsləri və nəhəng iqtisadi layihələri ilə nəinki regionda, ümumilikdə Avrasiyada fayda verən dövlətlər sırasında olan müasir Azərbaycan dünyada geosiyasi və geoiqtisadi əhəmiyyətilə seçilən transmilli, enerji layihələri reallaşdıran ölkə çoxfunksionallı fəaliyyəti ilə də seçilir. Təkcə Cənubi Qafqaz bölgəsini deyil, ümumilikdə böyük coğrafiyanı əhatə edən, hətta Avrasiya geosiyasi məkanında təhlükəsizlik və əməkdaşlıq münasibətlərinə töhfəsini verməklə diqqət çəkən Azərbaycan etibarlı, təhlükəsizliyin qarantı olan əsas aktor olaraq əhəmiyyətini günbəgün artırır.

 

"Enerji təhlükəsizliyi məsələləri bugünkü dünyada xüsusi əhəmiyyət daşıyır və hesab edirəm ki, dünya gündəliyinin ön sıralarındadır" – deyən Cənab Prezident bildirib ki, Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra - təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun. Avropa Komissiyasının rəhbərliyinin  Azərbaycanı etibarlı tərəfdaş adlandırması da təsadüfi deyil.

 

Bütün bu sadalanan məsələlərlə yanaşı, bu gün Azərbaycan etibarlı tranzit ölkəyə də çevrilir ki, bu detallar ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu sürətlə artırır, ətrafında özü kimi etibarlı dövlətlərin birləşməsinə imkan verir. Avrasiyanın əhəmiyyətli nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilən ölkəmizin tranzit potensialının inkişafı qeyri-neft sektorunun inkişafına öz təsirini göstərməkdədir. Əlbəttə ki, istənilən bir ölkənin tranzit potensialının inkişafında qonşu ölkələrlə münasibətləri vacib məsələlərdəndir. Vurğulamaq yerinə düşər ki, dəmiryol nəqliyyatı əsrdən də artıq bir dövrdə yük və sərnişin daşımalarında mühüm potensial istiqamət kimi daha çox diqqət çəkir.

 

Bu məqamda bir daha onu qeyd etmək yerinə düşər ki, Azərbaycanın Macarıstanla əməkdaşlığının böyük hissəsi enerji məsələləri ilə bağlı olsa da, nəqliyyat sahəsində uğurlu addımlar atılır. Bu dəmir yolları vasitəsilə artıq Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlanılıb. Bu layihənin böyük potensialı var. Çünki Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan ərazisindən keçən yüklərin həcmi kəskin artıb.

 

Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkə olsa belə, Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilmək potensialı çox yüksəkdir. Burada Avropa ölkələri ilə və xüsusilə bizim üçün Avropa İttifaqı arasında ən yaxın tərəfdaşlarımızdan biri olan Macarıstanla əməkdaşlıq üçün çox yaxşı imkanlar var.

 

Azərbaycan ilə Macarıstan arasında siyasi əlaqələr də yüksək səviyyədədir. Elə dövlət başçısı və birinci vitse-prezident Mehriban Əliyevanın 1 il ərzində iki dəfə Macarıstana səfər etmələri deyilənlərin əyani sübutudur. Tərəflər arasında ali səviyyədə dialoq mövcuddur. İkitərəfli münasibətlər dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edir. Macarıstan ilə əlaqələrin hərtərəfli inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindəndir. Macarıstan Azərbaycanın strateji tərəfdaşıdır və bugünkü səfər də deməyə əsas yaradır ki, iki ölkə arasında siyasi dialoq bundan sonra da yüksələn xətlə inkişaf edəcəkdir.

 

Azərbaycanla Macaristan arasında ikitərəfli münasibətlər bu gün Türk Dövlətləri Təşkilatı (TDT) səviyyəsində cox uğurla inkişaf etdirilir. Makarnanın müşahidəçi qismində qoşulduğu təşkilat çərçivəsində Bakı ilə Budapeşt əlaqələri daha da möhkəmlənir. Makarnanın bu təşkilata qoşulmasında Bakının rolünün az olmaması nəzərə alsaq, o zaman iki ölkənin bir-birinə olan münasibətləri, dostluğu, sadiqliyi mü bahisə mövzusu ola bilməz.

 

Təkcə TDT səviyyəsində yox, iki ölkənin bir-birinə olan dəstəyi digər beynəlxalq platformalarda daim müşahidə edilib. Çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad Qrupu çərçivəsində iki ölüm arasında davamlı əməkdaşlık əlaq ələri inkişaf etdir və hər ötən gün bu ə məkdaşlık daha çox strateji əhəmiyyət daşımağa başlayır.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.