Ərdoğan Budapeştdə Macarıstanın Baş naziri ilə Türkiyənin Avropaya inteqrasiyasını müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Budapeştə işgüzar səfərə gedib.

 

Senzor.az bildirir ki, Türkiyə Prezidenti artıq Budapeştdə Macarıstanın Baş naziri Orban ilə təkbətək və geniş tərkibdə görüş keçirib.

 

Tərəflər Türkiyənin Aİ-yə tamhüquqlu üzvlüyü prosesini, regional və beynəlxalq məsələləri, həmçinin Türkiyə-Macarıstan münasibətlərinin vəziyyətini müzakirə ediblər.

 

Danışıqlarda Türkiyə tərəfdən xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, gənclər və idman naziri Osman Aşkın Bak, sənaye və texnologiya naziri Mehmet Fatih Kacir, ticarət naziri Ömər Bolat, Prezident Administrasiyası kommunikasiya şöbəsinin müdiri Fahrettin Altun və Prezidentin müşaviri Akif Çağatay Kılıç iştirak ediblər.

 

Budapeştdə Türkiyə Prezidentinin qaldığı otelin qarşısına toplaşan bir qrup şəxs Türkiyə liderini görmək istəyib.

 

Qeyd edək ki, səfər zamanı Türkiyə lideri Macarıstanın milli bayramı, Macarıstan Dövlətinin yaranma günü ilə bağlı tədbirlərdə və ölkədə keçirilən yüngül atletika üzrə dünya çempionatında iştirak edəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.