Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevin dəvəti ilə avqustun 22-23-də Azərbaycana dövlət səfəri edəcək.
Senzor.az bildirir ki, bu barədə Özbəkistanın Prezident Administrasiyası məlumat yayıb.
Səfər proqramı iki ölkə liderlərinin iştirakı ilə yüksək səviyyəli danışıqların və digər tədbirlərin keçirilməsini nəzərdə tutur.
Gündəliyə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi və prioritet sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir.
Danışıqların yekunu olaraq ikitərəfli sazişlər paketinin qəbul ediləcəyi gözlənilir.