Ukrayna Prezidenti Volodimir Zelenski Balkan sammitində iştirak etmək üçün Yunanıstandadır.
Senzor.az bildirir ki, bu barədə Ukrayna lideri müraciətində özü açıqlama verib.
Onun sözlərinə görə, Balkan ölkələrinin liderləri ilə ümumi yığıncaq keçiriləcək, onlar Avropa və Avro-Atlantik inteqrasiyanın koordinasiyası, müdafiə sahəsində əməkdaşlıq və təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.
Ukrayna Prezidenti, həmçinin Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen görüşəcəyini açıqlayıb.
Xatırladaq ki, bundan əvvəl Zelenski İsveç, Danimarka və Niderlandda səfərdə olub.