Rəsmi Bakı: Ermənistan bölgədə sülhə mane olan pozucu fəaliyyətdən çəkinməlidir

Avqustun 21-də Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan BMT Təhlükəsizlik Şurasının 16 avqust tarixli iclası və ümumilikdə müzakirələrin nəticələri ilə bağlı bir sıra fikirlər səsləndirib.

 

Senzor.az bildirir ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bununla bağlı yerli medianın sualına cavab verib.

 

A.Hacızadə qeyd edib ki, Azərbaycanın ərazilərinin işğalı nəticəsində qəbul olunmuş BMT Təhlükəsizlik Şurasının qərarlarını 30 ilə yaxın bir dövrdə heçə sayan və 44 günlük müharibədən sonra beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqda davam edən Ermənistan tərəfi son zamanlar yalnız Təhlükəsizlik Şurası ilə məhdudlaşmayan çoxsaylı manipulyasiyalarla əsassız addımlar atmaqdadır.

 

Azərbaycanın XİN rəsmisinin sözlərinə görə, bu məntiqsiz addımları uğursuzluğa düçar olduqdan və heç bir nəticə əldə edə bilmədikdən sonra isə Ermənistan tərəfi müxtəlif bəhanələrlə və uzun-uzadı əsassız açıqlamalarla bu uğursuzluqları müxtəlif yalanlarla əsaslandırmağa, öz destruktiv fəaliyyətinə bəraət qazandırmağa çalışır.

 

“Ermənistan Xarici İşlər Nazirliyi Ermənistan cəmiyyətində həqiqətə uyğun olmayan gözləntilər formalaşdırmaq və yalan dolu izahatlar vermək əvəzinə, beynəlxalq hüquqa əsaslanmaqla qonşu ölkələrlə münasibətləri normallaşdırmalı və bölgədə sülhə mane olan pozucu fəaliyyətdən çəkinməlidir”, - deyə Ayxan Hacızadə vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.