Litva Prezidenti Gitanas Nauseda və Portuqaliya prezidenti Marselo Rebelu de Souza bu gün səhər qatarla Kiyevə gediblər.
Trend xəbər verir ki, Litva prezidenti səfəri barəsində özünün "X" (Tvitter) sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edək ki, bu gün həmçinin Macarıstan Prezidenti Katalin Novak da Ukraynaya gedib. Prezident Zakarpatye vilayətinin Bereqovo şəhərində macar azlıqlarla görüşüb. Macarıstan Prezidentinin daha sonra Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə Kiyevə yollanacağı və orada "Krım platrofması" üzrə iclasda iştirak edəcəyi deyilir.
Xatırladaq ki, 23 avqust Ukraynada Bayraq günü, 24 avqust isə Müstəqillik günü olaraq qeyd edilir.