“Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjet BMT Təhlükəsizlik Şurasında uğursuzluğa düçar olan Ermənistanın növbəti təxribat hazırlıqılarının anonsuna həsr edilib.
Müəllif qeyd edir ki, uğursuz Nyu York səfərindən qayıdan Ermənistanın xarici işlər naziri telefon arxasına keçərək Ermənistan Baş nazirinin müharibə dövründəki uğursuz yalvarışlarını təkrarlayır: “Arorat Mirzoyan dünyanın müxtəlif ölkələrinin, xüsusən Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinə mütəmadi zənglər edir. Əldə etdiyimiz məlumata görə, 29 avqustda Avropa İttifaqının Xarici İşlər Nazirlərinin iclasında Ermənistan gündəliyə Laçın yolu məsələsinə daxil edərək hansısa bəyanatın qəbul olunmasına çalışacaq. Deyə bilərsiniz ki, Avropa İttifaqı hara, İrəvan hara? Yəqin siz özünüz təxmin edirsiz; kim Ermənistana diplomatik revanş almağa kömək etməyə çalışa bilər?! Əlbəttə, onun böyük bacısı olan Emmanuel Makron”.
Daha ətraflı “Caliber”in yeni süjetində: